ABŞ-ın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ-ın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk martın 6-da Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, ABŞ səfiri Ceff Fleyk bu gün Xarici İşlər Nazirliyinə çağırılıb və səfirdən ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milleyin Suriyanın şimal-şərqinə etdiyi səfərinə dair izahat tələb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə