Səudiyyə Ərəbistanı Türkiyənin Mərkəzi Bankına depozit qoyur

Səudiyyə Ərəbistanı Türkiyənin Mərkəzi Bankına depozit qoyur

Səudiyyə Ərəbistanı və Türkiyə arasında Səudiyyə İnkişaf Fondu (SFD) vasitəsilə Türkiyə Mərkəzi Bankına 5 milyard dollar depozit qoyulması üzrə müqavilə imzalanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd bin Abdulla Əl-Cədaan öz ölkəsinin dekabr ayında bu depoziti yerləşdirmək niyyətini açıqlayıb.

Qeyd edək ki, Türkiyənin cənub bölgəsində baş verən və 45 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra Mərkəzi Bank təxminən 8,5 milyard dollar itirib. Son məlumatlara görə, Türkiyə Mərkəzi Bankının xalis beynəlxalq valyuta ehtiyatları son bir həftə ərzində təxminən 1,4 milyard dollar azalaraq, 20,2 milyard dollara düşüb.

Səudiyyə Ərəbistanın Türkiyə ilə münasibətlərinin normallaşması nəticəsində Ər-Riyad bu çətin vəziyyətdə Ankaraya yardım əlini uzadıb. Depozit müqaviləsini SFD-nin sədri və Səudiyyə Ərəbistanının turizm naziri Əhməd Aqil əl-Xatib və Türkiyə Mərkəzi Bankının sədri Şahab Kavçıoğlu imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə