“Şimal axını”nın taleyini səhmdarlar və “Qazprom” həll edəcək

“Şimal axını”nın taleyini səhmdarlar və “Qazprom” həll edəcək

“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin taleyini səhmdarlar və “Qazprom” həll edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə martın 6-da jurnalistlərə müsahibəsində Dmitri Peskov bildirib.

Belə ki, Kreml nümayəndəsi boru kəmərlərinin mümkün bağlanması ilə bağlı sualı cavablandırıb.

Peskovun sözlərinə görə, bununla bağlı Kremldən “Qazprom”a heç bir tövsiyə olmayacaq.

Bununla bağlı “Qazprom”la əlaqə saxlamalı, bu beynəlxalq layihənin səhmdarı olan şirkətdən soruşmalısınız. Və təbii ki, bu, bütün səhmdarların kollektiv şəkildə qəbul etməli olduğu qərardır.

Qeyd etdiyimiz kimi, bunu Rusiyanın “İzvestiya” nəşri Peskovun dediklərinə istinadən bildirib.

Xatırladaq ki, amerikalı jurnalist Seymur Herş Şimal axınında partlayışların təşkilində yeganə şübhəlinin ABŞ olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə