Zəlzələdən sonra 90 ölkə Türkiyəyə yardım elədi

Hər bir təbii fəlakətdə olduğu kimi, Türkiyəyə ilk yardım edən ölkə Azərbaycan oldu.
Zəlzələdən sonra 90 ölkə Türkiyəyə yardım elədi

Kahramanmaraş mərkəzli 11 vilayətdə təsirli olan zəlzələlərdən sonra 90 ölkədən axtarış-xilasetmə qrupları Türkiyədəki işlərə dəstək verdi.

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdə xarici qruplar yüzlərlə insanı dağıntılar altından xilas etdi.

Hər bir təbii fəlakətdə olduğu kimi, Türkiyəyə ilk yardım edən ölkə Azərbaycan oldu. Kahramanmaraşda axtarış-xilasetmə işlərinə ümumilikdə 899 nəfərlik heyətlə dəstək verən Azərbaycan qrupları 53 nəfəri dağıntılar altından xilas etdi.

Axtarış-xilasetmə faliyyətlərinə dəstək verən 89 ölkənin komandası öz ölkələrinə qayıtdıqda Azərbaycan komandalarından 309 nəfər hələ də Kahramanmaraşda fəaliyyətlərini davam etdirir.

Xarici axtarış-xilasetmə qruplarının bölgədə işlədikləri müddətdə yaşadıqları emosional anlar kameralara da əks olundu.

Zəlzələ zamanı köməyə tələsən Yunanıstandan olan 67 nəfərlik axtarış-xilasetmə qrupu Hatayda xidmət göstərdi.

Hatayın İskenderun rayonunda 50 yaşlı ata və 6 yaşlı qızının dağıntılar altından sağ çıxmasından sonra Yunanıstan komandasının yaşadıqları duyğulu anlar kameralar tərəfindən lentə alınıb.

6 yaşlı qızı dağıntılar altından xilas etdikdən sonra bir-birini qucaqlayan və sevinc göz yaşları tökən Yunanıstan komandasının o anlar zəlzələdə həkk olunan xatirələrdən birinə çevrildi.

Macarıstandan olan axtarış-xilasetmə qrupu da Hatayda dağıntılar altından 1,5 yaşlı qızı xilas etdikdən sonra duyğulu anlar yaşatdı.

Macarıstan televiziyasına müsahibə verən axtarış-xilasetmə işçisi kiçik qızı xilas etdikləri anı izah edərkən göz yaşlarına boğuldu və bu görüntü bütün Türkiyəni duyğulandırdı.

Xarici axtarış-xilasetmə qruplarının digər yadda qalan görüntüsü isə Almaniya komandanın üzvü Daniel Lankersin dağıntılar altında Zeynep adlı qadına səsləndiyi an oldu.

"Zeynəb xanım, Daniel buradadır. Qorxma" dediyi görüntü sosial şəbəkədə bir çox insan tərəfindən paylaşıldı.

Zəlzələdə axtarış-xilasetmə qrupları ilə yanaşı, bir çox ölkədən gələn “dost pəncələr” adlanan itlər də fəaliyyətlərə öz töhffəsini verdi. 54 ölkədən 440 xüsusi təlim keçmiş itin dağıntılar altından çox sayda insanın tapılmasında və sağ qalmasında mühüm rolu oldu.

Meksika qrupları ilə birlikdə axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün Türkiyəyə gətirilən məşhur axtarış-xilasetmə iti Proteo çalışdığı Adıyamanda dünyasını dəyişdi.

Bölgədə 3 nəfərin sağ qalmasında mühüm rol oynayan Proteo fəaliyyətlərə qatıldığı Adıyamanda dəfn edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə