Rusiya büdcə kəsirini açıqladı

Rusiya büdcə kəsirini açıqladı

...Bu ilin yanvar-fevral aylarında Rusiyada federal büdcə kəsiri 2,58 trilyon rubl təşkil edib.

SİA rus qaynaqlarına istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Beləliklə, ilkin hesablamalara görə, hesabat dövründə büdcə gəlirləri 3,16 trilyon rubl təşkil edib ki, bu da ötən ilin eyni dövrünün gəlirlərindən 25 faiz azdır.

2023-cü ilin yanvar-fevral aylarında federal büdcə xərclərinin həcmi ötən ilin eyni dövrünün göstəricilərini 52 faiz üstələyərək 5,74 trilyon rubl təşkil edib.

“Bu ilin yanvar-fevral aylarında federal büdcənin icrasının ilkin hesablamaları büdcə qanunu çərçivəsində 2023-cü il üçün əsas xarakteristikanın formalaşmasında müəyyən edilmiş dinamikaya uyğundur”.

Bunlar hesabatda deyilir.

Qeyd edək ki, daha əvvəl maliyyə naziri Anton Siluanov, 2023-cü ilin əvvəlinə ölkənin dövlət borcunun səviyyəsi ÜDM-in 15,1 faizini təşkil edəcəyini bildirmişdi.

Onun sözlərinə görə, borcun aşağı olması maliyyə bazarında daha sərbəst əməliyyatlar aparmağa və gələcəkdə büdcə xərclərinin maliyyələşdirilməsi üçün kreditlər almağa imkan verən üstünlükdür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə