Müxalifət küçələrdə xarici agentlərlə bağlı qanuna “yox” deyəcək

Müxalifət küçələrdə xarici agentlərlə bağlı qanuna “yox” deyəcək

Gürcüstan müxalifəti daha əvvəl ölkə parlamentinə təqdim edilmiş “Xarici agentlər haqqında” qanuna qarşı genişmiqyaslı aksiya keçirəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, müxalifət qanun layihəsinin qəbuluna müqavimət göstərməyə hazır olduğunu bəyan edib.

Beləliklə, Gürcüstandakı “Lelo” müxalifət partiyasından olan deputat Salome Samadaşvili, gürcü müxalifəti üzvlərinin xarici agentlər haqqında qanunun mümkün qəbuluna qarşı yaxın vaxtlarda böyük mitinq təşkil edəcəklərini bildirib.

O, ölkə vətəndaşlarını yaxın vaxtlarda baş tutacaq bu genişmiqyaslı aksiyaya qoşulmağa çağırıb. Siyasətçi əlavə edib ki, tarix məsləhətləşmələrdən sonra ictimaiyyətə də açıqlanacaq.

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti yaxınlığında bu qanuna qarşı mitinq keçirilib.

Müxalifət xarici agentlər haqqında qanun layihəsinin qəbuluna fiziki müqavimətə də zəmanət verir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə