Rus qoşunları yaxın vaxtlarda Rusiya-Ukrayna cəbhəsində son aylarda ən ağır döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirə bilsələr belə, bu, hərbi əməliyyatların gedişində dönüş nöqtəsi demək deyil.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar ertəsi ABŞ-ın müdafiə naziri Lloyd Ostin danışıb.
Qeyd edək ki, son günlər bəzi Ukrayna bölmələrinin Rusiyanın keçən payızdan bəri müharibədən əvvəl 70 minə yaxın əhalisi olan Baxmut şəhərini tərk etməsi ilə bağlı xəbərlər yayılıb.
Xatırladaq ki, son həftələr şəhər mühasirəyə alınmaq təhlükəsi ilə üzləşib. Etiraf edək ki, “Vaqner” PMC dəstələri şəhərin şərqində və şimalında bir sıra əraziləri nəzarətə götürüb. Lakin onun böyük hissəsi hələ də Ukrayna qüvvələrinin nəzarətindədir.
Təbii ki, şəhərə ciddi ziyan dəyib. Ukrayna prezidenti Vladimir Zelenski və ölkənin digər liderləri dəfələrlə Baxmutu “qala” adlandırıblar ki, ruslar onu ələ keçirməyə çalışarkən böyük itki verirlər.
ABŞ müdafiə nazirinin İordaniyaya səfəri zamanı dediyi kimi, Baxmut “strateji və ya əməliyyat əhəmiyyətindən çox simvolik əhəmiyyətə malikdir”. O, əlavə edib ki, Ukrayna qüvvələrinin Baxmutu tutub-tutmayacağını bilmirəm, amma uğursuz olsa belə, bu, Rusiya üçün ciddi uğur olmayacaq.
Analitiklər vurğulayırlar ki, Baxmutun qərbində Ukrayna qoşunlarının istehkam şəbəkəsi mövcuddur və şəhərin mümkün ələ keçirilməsi Rusiya qoşunlarının Slavyansk və Kramatorska yol açacağı anlamına gəlmir.
Baxmutun tutulmasının Rusiya üçün yalnız taktiki uğur olacağına dair fikirlər də...əslində elə bir önəm kəsb etmir..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB