Fransanın AMX-10RC tankları Ukraynaya gətirilir...

Fransanın AMX-10RC tankları Ukraynaya gətirilir...

Fransanın AMX-10RC tankları yaxın günlərdə Ukraynaya gətiriləcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri martın 6-da BFM Business telekanalının efirində Fransa Silahlı Qüvvələri Nazirliyi yanında Silahlar üzrə Baş İdarəsinin rəhbəri Emmanuel Şiva verib.

Paris nümayəndəsinin sözlərinə görə, vəd edilmiş tankların çatdırılması davam edir.

Bununla belə, Şiva məlumatın məxfiliyini əsas gətirərək Kiyevin alacağı avadanlığın dəqiq miqdarını açıqlamayıb.

Daha ağır zirehli maşınların tədarükü imkanlarına gəlincə, Şiva, bununla artıq Fransanın tərəfdaşlarının məşğul olduğunu bildirib.

Xatırladaq ki, SİA-nın da dünən xəbər verdiyi kimi, hazırda Almaniyanın “Rheinmetall” konserni Ukraynada tank zavodunun tikintisi ilə bağlı danışıqlar aparır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə