Türkiyədəki prezident seçkilərinə hazırlıq necə gedir? -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Türkiyədəki prezident seçkilərinə hazırlıq necə gedir? -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Türkiyə cəmiyyətində seçkiqabağı abu-hava bir qədər gərgin görünsə də, siyasi partiyalar geniş təbliğat-təşviqat işlərinə başlamayıb. Onlar hələlik sadəcə sosioloji rəy sorğuları keçirməklə məşğuldurlar. Bu sorğular isə hələ ki, seçicilərin təqribi yarıya qədərinin Rəcəb Tayyib Ərdoğana səs verəcəyini göstərir. Üstəlik bir sıra mətbu orqanlar da açıq şəkildə Ərdoğanın seçkinin birinci turunda böyük üstünlüklə qələbə qazanacağını bildirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə də bu istiqamətdə fikirlər artıq formalaşmaqdadır: "Xüsusilə zəlzələnin doğurduğu nəticələrdən sonra dünya böhranı şəraitində ölkəni düzgün istiqamətə yönəltmək və cari problemləri həll etmək iqtidarına yalnız Ərdoğan və onun komandası malikdir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Ərdoğanın seçkilərdə qalib gələcəyi kifayət qədər özünü göstərməyə başlayıb. Üstəlik ölkəni düşdüyü vəziyyətdən çıxarıb, daha düzgün sosial-iqtisadi istiqamətə yönəltmək iqtidarı və bütün türk dünyasının problemlərinin həlli istiqamətində ən yaxşı fəalliyyəti də məhz Ərdoğanın başçılığı ilə formalaşdırılan komanda həyata keçirə bilər".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə