Estoniyada parlament seçkilərinin nəticələrinə görə, Baş nazir Kaya Kallasın İslahatçılar Partiyası qalib gəlib. SİA xəbər verir ki, bu barədə ölkənin Seçki Komissiyası məlumat yayıb.
Son məlumata görə, İslahatçılar Partiyası 31,9 faiz səs toplayaraq parlamentdə 37 yer əldə edib. İkinci yerdə 16,1 faiz səs toplayan Mühafizəkar Xalq Partiyası 17 mandat qazanıb. İlk üçlüyü 15,3 faiz səs və 16 mandatla Mərkəz Partiyası qapayır.
İlkin hesablamalara görə, seçici fəallığı 64,7 faiz təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB