Meksikada festivalda çıxış etmək üçün 15 metrlik dirəyə dırmaşan rəqqasə yerə yıxılaraq dünyasını dəyişib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Puebla ştatında keçirilən Los Flores festivalında 19 yaşlı Maria Rosa adlı rəqqasə çıxış etmək üçün dırmaşdığı 15 metrlik dirəkdən yerə çırpılıb. Ağır yaralanan Roza yerdə hərəkətsiz qalarkən, tibb işçiləri ilkin tibbi yardımdan sonra rəqqasəni xəstəxanaya aparıblar.
Rozanın təcili yardım maşınında dünyasını dəyişdiyi açıqlanıb. Puebla əyalətinin daxili işlər naziri Julio Miguel Huerta verdiyi açıqlamada hadisədən çox kədərləndiyini bildirib və hökumətin həyatını itirən Rozanın ailəsinə dəstək olacağını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB