Pakistan Elektron Media Tənzimləmə Təşkilatı (PEMTT) keçmiş baş nazir İmran Xanın çıxışlarının televiziyada yayımlanmasını “dövlət qurumları və rəsmilərə qarşı təxribat xarakterli və əsassız iddialar”a əsaslanaraq qadağan etdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan Ədalət Hərəkatı Partiyasının sədr müavini Çaudri Favad Hüseyn bu qərara reaksiya verib və məhkəməyə müraciət edəcəklərini açıqlayıb.
Digər tərəfdən partiya, Xanın ona qarşı açılan işlərin dinləmələrində video ilə iştirak etməsi üçün məhkəməyə müraciət edib. Baş nazirliyi dövründə xarici dövlət xadimlərindən aldığı hədiyyələrin satışı ilə bağlı işin dinləmələrinə qatılmayan Xanın həbsi ilə əlaqədar polis keçmiş baş nazirin saxlanılması üçün hərəkətə keçib. Xanı nəzarətə götürmək üçün Lahordakı evinə gedən polis, partiya liderini evində tapa bilmədiklərini açıqlayıb. PEMTT-nın bu qərarı bu gün polis tərəfindən nəzarətə götürülmək istənən Xanın Lahordakı evindən verdiyi ifadələrdən sonra verilib. Xan bu gün Lahorda verdiyi açıqlamada orduya istinad edərək heç bir qurumun qarşısında diz çökmədiyini, millətin də çökməsinə imkan verməyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB