"Ən çətin və ağrılı döyüşlərdən biri gedir” - ZELENSKİ

"Ən çətin və ağrılı döyüşlərdən biri gedir” - ZELENSKİ

"Ukrayna hərbçiləri indi Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır". SİA xəbər verir ki, bunu Ukrayna Prezidenti Voldimir Zelenski martın 5-də xalqa müraciətində söyləyib.

"Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, - deyə V.Zelenski əlavə edib.

Ukrayna Prezidenti Baxmut, Uqledar, Avdeyevski, Severski, Svatovski, Liman və Zaporojye istiqamətlərində döyüşən hərbçilərə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə