Yol qəzasında 10 nəfər xəsarət alıb

Yol qəzasında 10 nəfər xəsarət alıb

Rusiyanın Nijni Novqorod vilayətində avtobus və iki minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə regionun səhiyyə naziri David Məlik-Hüseynov öz “Telegram” kanalında yazıb.

Onun yazdığına görə, qəza nəticəsində bir nəfər yerindəcə ölüb, beş nəfər xəstəxanaya aparılıb.

Daha üç nəfər isə özləri tibb müəssisəsinə gələ biliblər və həkimlər onlara tibbi yardım göstəriblər.

Qeyd edək ki, hadisə bazar günü Kstovski rayonunda, Rjavka kəndi yaxınlığında baş verib. Avtobus sürücüsü idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb və iki avtomobillə toqquşub.

Xatırladaq ki, martın 2-də Altay diyarının Rubtsovski rayonunda ölümlə nəticələnən qəza baş verib. Belə ki, “A-322” federal magistralında yük maşını ilə qarşıdan gələn zolağa çıxan avtobus toqquşub, Qəza nəticəsində iki nəfər ölüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə