Rusiya üçün xüsusi tribunal...

Artıq bir neçə ölkə xüsusi tribunalın yaradılması haqqında müqavilə imzalayıb
Rusiya üçün xüsusi tribunal...

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak, Avropa İttifaqı ölkələrinin Rusiya rəhbərliyini Ukraynadakı müharibə zamanı törədikləri cinayətlərə görə xüsusi tribunal yaratmaq üçün ilk addımlarını atdıqlarını bildirib.

Podolyak, “Twitter”də, Baltikyanı ölkələr, Polşa, Rumıniya və Slovakiyanın Rusiyada Təcavüz Cinayətləri üzrə Xüsusi Mərkəzin yaradılması ilə bağlı təşəbbüs sazişi imzaladıqlarını yazıb.

“…Bu, məcburi cinayət prosesinin rəsmiləşdirilməsidir. Xüsusi tribunala digər ölkələr də qoşulacaq. Müharibə müəllifləri, o cümlədən Putin cəzasını alacaq”.

SİA-nın əldə etdiyi məlumata görə, bu “Twitter”də deyilir.

Yeri gəlmişkən xatırladaq ki, yanvarın 19-da Avropa Parlamenti Rusiya rəhbərliyi üçün tribunal yaradılması haqqında qətnaməni təsdiqləyib. Belə ki, bundan bir az sonra, yanvarın 26-da Avropa Şurasının Parlament Assambleyası bu sənədi dəstəkləyib.

Qeyd edək ki, tədbirin keçirilməsi üçün təklif olunan məkan Haaqadır.

Yanvarın 26-da Ukrayna Xarici İşlər Nazirliyi Praqada Xüsusi Tribunalın yaradılması üçün koalisiyanın təsis toplantısını təşkil edib. Tədbirdə 21 dövlətin nümayəndələri iştirak edib.

Bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xan Rusiyanın enerji və digər infrastruktur obyektlərinə raket hücumlarını araşdırmaq üçün Ukraynaya səfər edib.

...Və Prezident Vladimir Zelenski martın 3-də Lvov vilayətinə səfəri zamanı ABŞ, İspaniya, Böyük Britaniya, Estoniya, Latviya və Litvanın baş prokurorları ilə görüşüb. Onlar məhkəmənin yaradılmasını müzakirə ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə