Rusiyanın bombardmançı təyyarəsindən təcili eniş

Rusiyanın bombardmançı təyyarəsindən təcili eniş

Rusiyanın “Tu-22M” bombardmançı təyyarəsi Sankt-Peterburqun Pulkovo hava limanına təcili eniş edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC-yə Sankt-Peterburqun nəqliyyat kompleksindəki mənbə bildirib.

Onun sözlərinə görə, belə bir qərar əlverişsiz hava şəraiti ilə əlaqədar verilib. Nəşrin həmsöhbəti enişin fövqəladə hal olmadığına da aydınlıq gətirib.

O, təyyarənin eniş etdiyini və hər şeyin qaydasında olduğunu bildirib. Yəni eniş fövqəladə olmayıb.

Qeyd edək ki, bundan əvvəl “Mi-8” helikopteri Moskvanın Vnukovo hava limanına sərt eniş edib.

Bildirilib ki, “Rusiya” xüsusi uçuş dəstəsinin helikopteri eniş zamanı pəlini zədələyib.

Xatırladaq ki, bu xüsusi dəstə Vnukovo hava limanında xüsusi hökumət terminalında yerləşir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə