Hərbi texnika ilə dolu ABŞ gəmisi Yunanıstan limanına gəlib

Hərbi texnika ilə dolu ABŞ gəmisi Yunanıstan limanına gəlib

ABŞ hərbi texnikası ilə yüklənmiş nəhəng “Liberty” nəqliyyat gəmisi Yunanıstanın Aleksandrupolis limanına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə öz sosial şəbəkələrində limanın rəhbəri Konstantinos Hadjimihail yazıb.

Beləliklə, şənbə günü, martın 4-də limana çatdırılan hərbi texnika daha sonra Bolqarıstan və Rumıniyaya gedəcək və burada Ukraynadakı hərbi münaqişə fonunda istifadə olunacaq.

“Liberty” gələn həftənin ortalarında NATO qüvvələri üçün təchizat və hərbi texnika yükləndikdən sonra Qara dəniz sahillərinə yola düşəcək.

Agentliyin məlumatına görə, ABŞ Şərqi Avropa və Ukraynaya hərbi təchizat və qoşun daşımaq üçün Aleksandrupolis limanından və onun yaxınlığındakı hərbi düşərgədən istifadə edir. Xatırladaq ki, Amerikanın Aleksandrupolis limanı da daxil olmaqla hərbi bazalara sərəncam vermək hüququna dair müvafiq saziş 2021-ci il oktyabrın 14-də Yunanıstanla imzalanıb.

Bundan əvvəl məlum olub ki, 1-ci Süvari Diviziyasının 3-cü Zirehli Briqadasına məxsus ABŞ hərbi texnikası “Atlantic Resolve t”əlimlərində iştirak etdikdən sonra yenidən ABŞ materikinə yerləşdirilməyə hazırlaşır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə