Orban Kiyevə səfər edəcək?

Budapeşt baş nazir Viktor Orbanın Kiyevə səfərinə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Xorvatiyanın H1 telekanalına müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, Macarıstan hökumətinin başçısının Ukraynanın paytaxtına səfəri “bütün ilkin şərtlər” yaradılan zaman baş tutacaq.

"Hazırda biz onun texniki hazırlığı mərhələsindəyik" diplomat deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə