Ukrayna silahlı qüvvələri cənubda hücum üçün zərbə qüvvəsi yaradır?

Ukrayna silahlı qüvvələri cənubda hücum üçün zərbə qüvvəsi yaradır?

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin azad edilmiş ərazisinə hücum üçün təlim keçmiş hərbçilərdən ibarət zərbə qrupunu hazırlayır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayət administrasiyasının baş şurasının üzvü Vladimir Roqov deyib.

Roqovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu ilin yazında hücuma hazırlaşır.

Söhbət Azov dənizi sahillərinə çatmaq üçün Zaporojye vilayətinin azad edilmiş hissəsinə qarşı yaz hücumu hazırlamaqdan gedir.

“Burada əsas vəzifə Krıma gedən quru dəhlizi kəsməkdir”-d eyən Roqov, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarının əsasən Dnepropetrovsk vilayətində toplandığını, bununla belə, Kiyevin nəzarətində olan Zaporojye vilayəti ərazisində bu şəhərə hücuma hazır olan Ukrayna bölmələrinin olduğunu da bildirib.

Qeyd edək ki, əvvəllər, Ukrayna Silahlı Qüvvələrinin hücumunun uğursuzluğu Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlara razı salmağa başlaması üçün bir növ tətik ola biləcəyi bildirilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə