Ölkənin baş naziri Li Keqian hökumətin iş hesabatı haqqında məlumat verib
Çini 5 il idarə edəcək dövlət kadrlarının müəyyənləşəcəyi "İkitərəfli görüşlər" kimi tanınan danışıqların ikinci günündə ölkənin baş naziri Li Keqian hökumətin iş hesabatı haqqında məlumat verib. O, 2023-cü il üçün Çinin inkişaf hədəfinin 5 faiz olduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Çinin suverenlik münaqişəsi içərisində olduğu Tayvan mövzusunda da danışan Li "Tayvanla dinc birlik üçün səyləri irəli aparmalıyıq" deyib.
Ordusuna müraciət ünvanlayan Li vurğulayıb ki, silahlı qüvvələrin döyüş hazırlığı yüksək səviyyədə saxlanılmalıdır.
Qeyd edək ki, Çində martın 4-də başlanan və “İkitərəfli görüşlər” adlanan bir həftəlik danışıqların sonunda yeni hökumət açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB