“İsrail hələ də belə bir hüquqa malikdir”

“İsrail hələ də belə bir hüquqa malikdir”

İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossinin Təl-Əvivin İranda qadağan olunmuş silahların istehsal oluna biləcəyi nüvə obyektlərinə qabaqlayıcı zərbələr endirmək hüququna malik olmadığı barədə fikirlərini təkzib edib.

O vurğulayıb ki, İsrail özünü qorumaq və düşmənin yəhudi dövlətini məhv etmək cəhdlərini dəf etmək üçün hər şeyi edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin ənənəvi iclası zamanı Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu bir gün əvvəl Tehrana səfəri zamanı Tel-Əvivin İrandakı nüvə obyektlərinə hərbi zərbələr endirməyə haqqı olmadığını bildirən Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossiyə cavab verib.

O vurğulayıb ki, İsrail hələ də belə bir hüquqa malikdir.

Qeyd edək ki, bununla yanaşı, Netanyahu, Qrossini layiq olmayan sözlər söyləyən ləyaqətli insan kimi xarakterizə edib.

Baş nazir qeyd edib ki, İsrail beynəlxalq hüquq normalarının bir hissəsi olan özünümüdafiə məqsədilə İrana qarşı qabaqlayıcı zərbələr endirəcək.

Baş nazir xatırladıb ki, İran İsraili məhv etmək arzusunu rəsmən bəyan edir və qadağan olunmuş silahların istehsal oluna biləcəyi nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək yollarını axtarır. O əlavə edib ki, Təl-Əviv hər an Tehrandan gələn təhdidlərə bunun üçün lazım olan bütün vasitələrlə cavab verməyə hazırdır.

“Ölkəmizin təhlükəsizliyini təmin etməkdə və düşmənin yəhudi dövlətini məhv etmək cəhdlərini dəf etməkdə bizə heç nə mane ola bilməz” – deyə Benyamin Netanyahu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə