Vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə vətənində 6 il həbs cəzası çəkən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Almaniyanın “Bild” nəşrinə müsahibə verib. O, digər məsələlərlə yanaşı, Rusiya prezidenti Vladimir Putinin onun cinayət təqibində həlledici roluna tamamilə arxayın olduğunu bəyan edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, sabiq gürcü prezidenti müsahibəsində bəzi açıqlamalar da verib. Belə ki, o, rəhbərlik etdiyi Vahid Milli Hərəkat partiyasının 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərində məhz Rusiyanın genişmiqyaslı xüsusi əməliyyatı nəticəsində hakimiyyəti itirdiyini deyib.
Saakaşvili, əminliklə, seçki ərəfəsində Rusiyanın “Gürcü arzusu” partiyasının qurucusu, milyarder, Bidzina İvanişviliyə, bizim məğlubiyyətimizi reallaşdırmaq üçün iki milyard dollar ötürdüyünü bildirir.
Hazırda İvanişvilinin Gürcüstanı Putinə təslim etdiyini deyən eks-prezident, onun Zelenskiyə kömək etmək üçün Ukraynaya qayıtmağımı istəmədiyini bildirib.
Qeyd edək ki, Saakaşvili Ukraynanın hazırkı prezidentini “müasir Çörçil” adlandırıb.
Qeyd edək ki, keçmiş prezidentin açıqlamalarına nə Gürcüstan hakimiyyəti, nə də Moskvadan da rəsmi şərh gəlməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB