Bu arada Serbiya prezidenti Aleksandar Vucic ölkəsinin Ukraynaya silah və sursat satması ilə bağlı yayılan xəbərləri yalan adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri martın 5-də rusların “RİA Novosti” saytı yayıb.
Vuçiç vurğulayıb ki, Serbiya heç kimə, nə Rusiyaya, nə də Ukraynaya silah vermir.
Onun dediyinjə görə, bu, açıq yalandır. Serbiya heç kimə silah göndərməyib.
“Çoxlu müdafiə sənayesi müəssisələrimiz var. Siz sursat istehsal etdiyiniz zaman o, mütləq münaqişə zonasına və ya böhran bölgəsinə düşəcək. Biz nə Rusiyaya, nə də Ukraynaya bir dənə də olsun silah, silah və ya sursat satmamışıq”, - Serbiya lideri jurnalistlərə bildirib.
Vuçiç əlavə edib ki, Serbiyanın müdafiə sənayesinin bütün məhsulları yalnız münaqişə vəziyyətində və beynəlxalq məhdudiyyətləri olmayan dövlətlərə satılır. Amma belə ölkələrə satış halında belə, Serbiya prosesə nəzarət edir və hərbi məhsulların münaqişəli dövlətlərə təkrar ixracını qadağan edir.
Qeyd edək ki, Vucic Serbiya silahlarının Türkiyə vasitəsilə ixrac etdiklərinə də münasibət bildirərək, bu silahların artıq ixracının mümkünsüzlüyünü bəyan edib.
Onu da bildirək ki, bundan bir müddət əvvəl Serbiyanın Müdafiə Nazirliyi də serb şirkətləri tərəfindən Ukraynaya sursat tədarükünü təkzib etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB