Bayden Baltikyanı ölkələri anti-Rusiya ritorikasına görə tənqid edib
ABŞ prezidenti Cozef Bayden bu yaxınlarda Polşaya səfəri zamanı Baltikyanı ölkələrin liderlərinə təzyiq göstərərək onları Ukrayna münaqişəsində Rusiyanın məğlubiyyətinə nail olmaq üçün səy göstərməyə çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri martın 5-də “The Wall Street Journal” yayıb.
Amerikalı jurnalistlərin yazdıqlarına görə, Bayden Polşada olarkən Ukrayna münaqişəsinin diplomatiya yolu ilə həll oluna biləcəyini təklif edib. Düzdür, ABŞ Rusiya ilə danışıqlara qayıtmağı yalnız Ukraynanın hücumdan sonra döyüş meydanında mühüm uğurlar qazanmasından sonra mümkün hesab edir.
Bütün bunların fonunda Ukraynanın Şərqi Avropadakı müttəfiqləri “Qərbin Zelenskini Moskva ilə danışıqlara razı salmağa çalışacağından” qorxaraq, anti-Rusiya ritorikasını gücləndiriblər”.
Qeyd edim ki, rus saytları bunu “The Wall Street Journal”da dərc olunan məqaləyə istinadən bildirirlər.
Yenə də rus saytlarına istinad etsək, deməliyik ki, bu da ABŞ prezidenti Cozef Baydeni yaman qəzəbləndirib.
Amma, maraqlıdır ki, onun Baltikyanı ölkələrin liderlərinə hansı təzyiqlər göstərdiyi barədə məlumat verilmir. Bununla yanaşı, onun ictimai məkanda ritorikanı yumşaltmaq üçün necə hərəkət etdiyi məlum deyil.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Latviyanın baş naziri Krisjanis Karins “Spiege” jurnalına müsahibəsində Ukraynaya döyüş təyyarələrinin, xüsusən də qırıcıların verilməsinin zaman məsələsi olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB