ABŞ Avropa İttifaqını Ukraynanı maliyyələşdirməyə məcbur edir...

...özü isə demək olar ki, heç nə itirmək istəmir
ABŞ Avropa İttifaqını Ukraynanı maliyyələşdirməyə məcbur edir...

Bu arada Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqı ölkələrini Kiyev rejiminin militarizasiyasını və saxlanmasını maliyyələşdirməyə məcbur etdiyini bildirib.

Volodinin dediyinə görə, Avropa İttifaqı ölkələrini Ukraynaya yardım etmək üçün önə verən Birləşmiş Ştatlar amma özü onlardan daha az xərc çəkirlər.

Rusiya parlamentinin spikeri hesab edir ki, Avropa İttifaqı öz vətəndaşlarının rifahı bahasına, ABŞ-ın tələbi ilə Ukraynaya və Zelenski rejiminə dəstək üçün xeyli vəsait ayırırlar.

Eyni zamanda, şərtləri diktə edən Vaşinqton digərlərindən qat-qat az xərc çəkir və bu məqsədlər üçün ÜDM-də öz payının cəmi 0,37 faizini ayıraraq, Ukraynaya xərcləməyə görə 12-ci yerdədir.

Rusiyalı spiker ABŞ-ın öz siyasətinin əsas prinsipini nümayiş etdirdiyini və məqsədlərinə çatmaq üçün başqa ölkələrdən istifadə etdiyini bildirib.

...Axı, Ukraynaya birbaşa yardım xərcləri ilə yanaşı, Avropa ölkələri hələ də özlərinin tətbiq etdikləri anti-Rusiya sanksiyalarına görə əlavə xərclər çəkirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Volodin bunları rus saytlarına danışarkən deyib.

Volodin onu da deyib ki, guya Avropanın Kiyev üçün silah və sursatla maliyyələşdirilməsinin davam etdirilməsi milli maraqlara zidd hərəkətdir.

Bundan əvvəl məlum olmuşdu ki, Avropa İttifaqı bir neçə həftə ərzində Ukraynaya 1 milyard avro dəyərində artilleriya sursatları tədarük etmək niyyətindədir. Qeyd edək ki, burada söhbət Avropa Sülh Fondundan ayrılan vəsaitdən gedir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə