Rusiya raketdaşıyıcıların sayını artırdı

Rusiya raketdaşıyıcıların sayını artırdı

Rusiya Qara dənizdə raketdaşıyıcıların sayını dördə çatdırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığından məlumat verilib.

Qeyd edilib ki, Rusiya gəmi qrupunun Qara dənizdə manevrlərini davam etdirir, o cümlədən raketdaşıyıcıların sayını artırır.

“Saat 13:00-a olan məlumata görə, 2 yerüstü və 2 sualtı olmaqla 4 raketdaşıyıcı artıq döyüş növbəsinə götürülüb. “Kalibr” tipli raketlərinin ümumi yaylım atəşi indi 24-ə çata bilər”, - deyə məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə