"Qərb ölkələri Ukraynaya döyüş təyyarələrini təhvil verməlidir" - Latviyanın baş naziri

"Qərb ölkələri Ukraynaya döyüş təyyarələrini təhvil verməlidir" - Latviyanın baş naziri

Qərb ölkələri Ukraynaya lazım olsa, döyüş təyyarələrini təhvil verməlidir. SİA xəbər verir ki, bu barədə Latviyanın baş naziri Krisjanis Karins məlumat verib.

Baş nazir Ukrayna Silahlı Qüvvələrinə qırıcıların verilməsinin “zaman məsələsi” olduğunu bildirib.

“Döyüş təyyarələrinin çatdırılması sadəcə zaman məsələsidir. Mən başa düşə bilmirəm ki, Qərb niyə qırıcı təyyarələr verməsin”, – Krisjanis Karins deyib .

Bütün xəbərlər Facebook səhifəmizdə