Britaniya Ukraynaya 2 dəfə çox tank verəcək

Britaniya Ukraynaya 2 dəfə çox tank verəcək

Böyük Britaniya Ukraynaya vəd etdiyindən 2 dəfə çox sayda tank verəcək. SİA xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko bildirib.

O qeyd edib ki, Böyük Britaniya əvvəlcə 14 “Challenger” tankını Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırırdı, lakin Prezident Volodimir Zelenskinin fevralın əvvəlində Londona səfərindən sonra tankların sayının 28-ə çatdırılması qərara alınıb.

Səfir, həmçinin bildirib ki, Ukrayna Britaniyadan 33 ədəd AS-90 artilleriya sistemləri alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə