"...Əvvəllər 100.000 rubl idi, indi faizlə 249.000-dir”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu zərərçəkənlərdən biri bildirib. Nədir məsələ?
Beləliklə, Rusiyada miqrant kimi yaşayıb işləyənlər son zaman yerli fırıldaqçılar tərəfindən aldadılırlar. Qeyd edək ki, fırıldaqçılardan zərər çəkən miqrantları eyni mobil xidmət birləşdirir.
Belə ki, onlar min əzabla qazandıqlarını vətənlərinə köçürmək üçün “Qızıl tac” sisteminin tətbiqindən istifadə ediblər.
Və telefon fırıldaqçıları ilə söhbətdən sonra başqalarının kreditlərinin sahibi olublar.
Qeyd edək ki, fırıldaqçının sxemi qüsursuz işləyirdi. Onlar miqrantlara zəng edərək, özlərini bank işçisi kimi təqdim edib, abunəçinin adını və soyadını verib, “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə apardıqları son əməliyyatlardan danışıblar. Bundan sonra onlardan telefona gələn təsdiq kodunu göndərmələri istənilib.
Qeyd edək ki, hazırda yüzlərlə aldadılmış var. Əksəriyyəti də Mərkəzi Asiyadan bir tikə çörək ardınca gələnlərdir.
İndi onlar fırıldaq səbəbindən kimsə üçün 10 min, kimsə üçün isə 200 min rubl kredit ödəyirlər. Bu pullar, zərərçəkmişlərin qeyd etdiyi kimi, əvvəlcə onların hesablarına gəlib, sonra dərhal yoxa çıxıb.
Maraqlıdır ki, xidmət istifadəçilərinin şəxsi məlumatlarının necə fırıldaqçıların əlinə keçməsini indi rus polisi tərəfindən araşdırılır.
Moskvadakı qırğız diasporunda onlar hesab edirlər ki, Mərkəzi Asiyadan olan miqrantlar rus dilini zəif bildiklərinə görə çox vaxt dələduzların hədəfi olurlar.
Hətta bir sıra hallarda fırıldaqçılar onların miqrasiya kartlarını bloklamaqla hədələyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB