Ukrayna Avropa İttifaqına daxil olmaq istəyir

Ukrayna Avropa İttifaqına daxil olmaq istəyir

Ukrayna prezidenti Vladimir Zelenski Lvovda Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə görüş keçirib və orada Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq istəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə martın 4-də onun “Telegram” kanalında xəbər verilib.

Bir daha xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Lvovda Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşüb.

Danışıqlar zamanı Ukrayna başçısı avropalı siyasətçilərə ölkəni dəstəklədiklərinə, eləcə də ötən il dəstək və Ukraynaya Avropa İttifaqına üzvlüyünə namizəd statusunun verilməsi zərurəti ilə bağlı qəbul edilmiş qətnaməyə görə minnətdarlığını bildirib.

“Ukrayna Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsini mümkün qədər tez başa çatdırmağa çalışır”, - deyə Ukrayna dövlətinin prezidenti bildirib.

Eyni zamanda, Zelenski, Ukraynanın bu il Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağa çalışdığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə