Beynəlxalq Atom Enerjisi Agentliyi və Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını canlandırmaq məqsədi daşıyan saziş bağlamağa hazırdır. İran agentliyin mütəxəssislərinə nüvə obyektlərinin yoxlanılması və monitorinqi üzrə fəaliyyət göstərməyə icazə verəcək.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi və Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının canlandırılmasına töhfə verəcək sazişlər bağlamaq niyyətindədirlər.
SİA-nın əldə etdiyi məlumata görə, Qrossi həmçinin əlavə edib ki, agentlik və İran ciddi, sistemli və məhsuldar dialoqu davam etdirməyə hazırdır. Onun sözlərinə görə, sıx əməkdaşlığın bərpası Tehrandan gələn məxfi məlumatların Beynəlxalq Atom Enerjisi Agentliyi mütəxəssislərinə sızmasının qarşısını almağa kömək edəcək.
Agentlik rəhbəri, hazırda Tehranla dialoqun müsbət istiqamətdə getdiyini də bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB