Çavuşoğlu zəlzələdə dəstəyə görə BMT baş katibinə təşəkkür edib

Çavuşoğlu zəlzələdə dəstəyə görə BMT baş katibinə təşəkkür edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT baş katibi Antonio Quttereşlə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə nazir tvitter hesabında paylaşım edib.

Görüş Qətərin paytaxtı Dohada BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransı çərçivəsində baş tutub.

“Zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkür etdik. Əziz Əminə Ərdoğanın sıfır tullantı təşəbbüsü, Ukraynadakı vəziyyəti və İstanbul Taxıl Müqaviləsini müzakirə etdik”.- deyə nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə