Rusiya uğrunda mübarizə burada və indi getməlidir, əks halda Ukrayna NATO-nun köməyi ilə yenidən qırmızı xətləri aşacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Vaqner” PMC özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin “Telegram”da bildirib.
Bununla da o, xüsusi əməliyyatın yaxın vaxtlarda dayandırılmasının mümkünsüzlüyünü bəyan etmiş olub.
O, Ukraynadakı xüsusi hərbi əməliyyatın hətta sabah da başa çata biləcəyini deyib. “Bunun üçün hazırda qoşunlarımızın yerləşdiyi bütün xətləri geri çəkmək mümkündür. Onları qalın bir zolaqla çəkmək və üzərinə sərhədçiləri qoymaq”.
Priqojin əmindir ki, tezliklə Ukrayna hakimiyyəti NATO blokunun köməyi ilə qırmızı xətləri aşmağa qərar verəcək. Bundan əlavə, Ukrayna “2014-cü ilə qədər ona məxsus olan əraziləri” özünə qaytarmaq istəyəcək. Bununla bağlı Priqojin belə qənaətə gəlib ki, Rusiya üçün burada və indi döyüşmək lazımdır.
“Vaqner” PMC “yaradıcısının” ehtimalına görə, əgər xüsusi hərbi əməliyyat tezliklə başa çatarsa, o zaman yeni münaqişə daha faciəli və qanlı ola bilər.
“Buna heç bir şübhə yoxdur”.
Bunu da Priqojin deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB