Tbilisidə, 4-cü Nutsubidze mikrorayonunda kilsənin yaxınlığında müqəddəs Atanı yaralayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, “Azadlıq” radiosunun gürcü xidməti yazır ki, dörd yara lan din xadimi təcili xəstəxanaya çatdırılıb.
Hadisənin şahidi olan başqa bir din xadiminin dediyinə görə, müqəddəs Ata həmişəki kimi səhər ayin icra etmək üçün kilsəyə gəlirdi. Amma maşından düşən kimi bu hadisə baş verdi. Belə ki, müqəddəs Ata kürəyindən dörd yara aldı.
Qeyd edək ki, müqəddəs Atanın 63 yaşı var. O, qarşıdurmaya getməyən, şirin və istiqanlı insan kimi təqdim edilir.
İş Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirməni nəzərdə tutan 117-ci maddəsi ilə araşdırılır. Əldə olan məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq həbs edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB