Moskva və Rusiyanın digər regionları koronavirus infeksiyasına qarşı çatışmayan peyvənd növlərini alacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəi Rusiya Federasiyasının Səhiyyə Nazirliyi yayıb.
Qeyd edək ki, əlavə çatdırılmaların paytaxtda əsas peyvənd növlərinin tükəndiyi barədə Moskva meri portalında dərc olunan xəbərdən sonra təşkil edildiyi bildirilir.
Hazırda çatışmayan komponentlər, o cümlədən “Sputnik V” peyvənd məntəqələrinə və tibb müəssisələrinə göndərilib.
“”Sputnik V” peyvəndinin partiyaları Səhiyyə Nazirliyi tərəfindən paylanıb və artıq tədarükçü şirkət tərəfindən vaksin qalıqlarının azaldığını bildirən Moskva şəhərinə və bir sıra digər bölgələrə göndərilib”. Bunu nazirlik bildirib.
Həkimlərin fikrincə, “Sputnik V” peyvəndinin istənilən komponenti ilə revaksinasiya edilə bilər.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Şimali Qafqazda son sutka ərzində 404 koronavirusa yoluxma faktının qeydə alındığı bildirilib.
Qeyd edək ki, son zamanlar ən çox koronavirusa yoluxma faktı Stavropolda qeydə alınıb. Sonrakı yerləri isə İnquşetiya və Çeçenistan tutur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB