Moskvanın Lefortovo Məhkəməsi dövlətə xəyanətdə şübhəli bilinən Moskva sakinini iki aylıq həbsə göndərib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin saytında xəbər verilib.
Kəşfiyyat xidməti qadının Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı etdiyini iddia edir. Həbs edilən şəxsin kimliyi və onun işinin təfərrüatları açıqlanmır. Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatına görə, o, Rusiyanı tərk etmək istəyərkən Moskvada saxlanılıb.
Hazırda onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsinə əsasən 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu arada “Birinci şöbə” bunu Ukraynaya maliyyə yardımının dövlətə xəyanət işinin başlanması üçün əsas olduğu ilk məlum hal kimi dəyərləndirib.
Xatırladaq ki, ötən yay Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukraynanın “Come Back Alive” xeyriyyə fonduna pul köçürən üç moskvalıya “xəbərdarlıq” etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB