Türkiyənin Bursa vilayətinin Mudanya rayonunda tikinti sahəsində qazıntı işləri aparılarkən sarkofaq aşkarlanıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Mudanya rayonunun Xalid Paşa məhəlləsində aparılan qazıntı zamanı aşkar edilən tapıntı barədə aidiyyəti qurumlara bildirilib.
Bölgəyə gələn arxeoloqların nəzarəti ilə aparılan araşdırma zamanı sarkofaqın içində sümüklər olduğu müəyyən edilib. Tapıntının hansı dövrə aid olduğunu müəyyənləşdirmək üçün sarkofaq çıxarılacaq və sümüklər Bursa Arxeologiya Muzeyinə aparılacaq.
Yeri gəlmişkən qeyd edək ki, sarkofaq digər tabutlardan fərqli olaraq üstü naxış və oymalarla bəzənir, bəzən qapaq hissəsi heykəl formasında yonulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB