Rusiyanın “Şimal axını”nı təmir etmək niyyəti yoxdur?

Rusiyanın “Şimal axını”nı təmir etmək niyyəti yoxdur?

Rusiya “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin zədələnmiş hissələrini məhv etmək niyyətindədir. Yəni onların təmiri və ya işini bərpa etmək planları yoxdur.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Reuters” yayıb.

Bəzi mənbələrdən Moskvanın bu layihəni “dəfn olunmuş” hesab etdiyi bildirilir.

Digər mənbələr, rusların qaz kəmərlərini gələcəkdə yenidən açıla bilməsinə ümid etmədiklərini bildirirlər.

Əslində Kreml də nə vaxtsa Qərblə münasibətləri yaxşılaşdırmaq perspektivini görmür.

Və nəhayət başqa mənbələr tərəflərin konservasiya imkanlarını nəzərdən keçirdiyini istisna etməyirlər.

Xatırladaq ki, 2022-ci il sentyabrın sonunda “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçü zədələnmiş, “Şimal axını 2” borularından biri isə toxunulmaz qalmışdır.

Yeri gəlmişkən, “Şimal axını 1” Rusiya qazının Almaniyaya nəqli üçün əsas boru kəməri olub, oradan da Avropa İttifaqı ölkələrinə paylanıb.

Qeyd edək ki, sonradan İsveç, Danimarka və Almaniyanın araşdırmaları, qaz kəmərlərinın partladıldığını göstərsə də, lakin günahkarlar hələ də müəyyən edilir.

Onu da qeyd edək ki, Rusiya hakimiyyəti qəzada ABŞ və müttəfiqlərinin maraqlı olduğunu düşünür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə