Bu arada rus səlahiyyətliləri iddia edirlər ki, Rusiya Könüllülər Korpusu adlanan qurumun Ukraynadan sərhədi keçərək Bryansk vilayəti ərazisinə daxil olacağını, guya Ukrayna hakimiyyəti bilirmiş, amma...
Bu barədə “Financial Times”a müsahibəsində qurumun rəhbəri, Denis Nikitin təxəllüsü ilə tanınan rusiyalı Denis Kapustin bildirib.
Onun dediyindən belə məlum olur ki, əgər basqın razılaşdırılmasaydı, onda onun bütün üzvləri məhv ediləcəkdi.
Nikitinin sözlərinə görə, hücumda təxminən 45 nəfər iştirak edib. Onların arasında guya Rusiya ərazisində fəaliyyət göstərən partizan şəbəkəsinin bəzi üzvləri də olub.
Qeyd edək ki, Nikitin kəndlərdən birində atışma olduğunu təsdiqləyib. Eyni zamanda o, dinc sakinlər arasında itkilərdən xəbərinin olmadığını bildirib. Rusiya hakimiyyətinin məlumatına görə, iki nəfər həlak olub, bir uşaq isə yaralanıb.
Maraqlıdır ki, Rusiya Könüllülər Korpusunun rəhbəri ruslara xəbərdarlıq da edib. O, istənilən an Rusiya sərhədini keçməyin onlar üçün elə də bir çətinlik yaratmadığını rus səlahiyyətlilərinə xatırladıb.
“Əsas odur ki, ruslara buxovlarda yaşamamalı, başqasının iradəsini yerinə yetirməməli və başqasının müharibəsində iştirak etməməli olduqlarını xatırlatmaq idi. Biz bu Kreml qəsbkarlarını hakimiyyətdən uzaqlaşdırmaq istəyən hər kəsi dəstəkləyəcəyik”.
Yeri gəlmişkən London nəşrinin məlumatına görə, bu fikirləri də Denis Nikitin bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB