Rusiya prezidenti Vladimir Putin Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Əhməd Kadırovla görüşüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ramzan Kadırov öz Telegram səhifəsində onların birgə fotolarını dərc edib.
Bildirilir ki, Ramzan Kadırovun böyük oğlu prezidentə respublikada aparılan gənclər siyasəti barədə məlumat verib.
Qeyd edək ki, Əhməd Kadırov 16 yaşında Uşaq və Gənclər Hərəkatının Regional İdarəsinin Şurasının sədri təyin edilib.
Putin, gənc məmura 2004-cü ilin mayında Qroznıda partlayış nəticəsində öldürülən rusiyayönümlü respublikanın ilk rəhbəri, babası Axmat Kadırov haqqında da danışıb. Ramzan Kadırov Kremldəki görüşü “qeyri-rəsmi” və “mənəvi” adlandırıb.
Çeçenistan rəhbərinin sözlərinə görə, Putin Əhməd Kadırovu qarşıda gözlənilən toyu münasibətilə təbrik edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB