Ukrayna tank istehsal edəcək

Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukrayna rəhbərliyi ilə bu ölkədə tank istehsalı zavodunun tikintisi ilə bağlı danışıqlar aparır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, konsernin rəhbəri Armin Papperger bu sövdələşməni “perspektivli” adlandırıb.

Ukraynada yeni müdafiə zavodunun dəyəri “Rheinmetall” tərəfindən 200 milyon avro dəyərində qiymətləndirilir.

Qeyd edək ki, təxminən 200 milyon avroya Ukraynada “Rheinmetall” zavodu tikilə biləcəyini istisna etməyən Papperger yekun qərarın yaxın iki ayda verilə biləcəyini söyləyib.

Beləliklə, konsern rəhbərinin sözlərinə görə, yeni müdafiə müəssisəsi ildə 400-ə qədər “Panther” tankı istehsal edə biləcək. Və bu, Ukrayna Silahlı Qüvvələrini döyüş maşınları ilə təmin etməyə, həmçinin Bundesverin arsenalını doldurmağa imkan verəcək.

Yeri gəlmişkən, Armin Papperger Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujninin Ukraynaya qalib gəlmək üçün 600-dən 800-dək tanka ehtiyacı olduğu sözlərini də xatırladıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə