Myanmada 2940 nəfər həlak olub

Myanmada 2021-ci ilin fevral ayında baş verən hərbi çevrilişdən sonra ən azı 2940 nəfər həlak olub. SİA-nın məlumatına görə, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mətbuat katibi Ravina Şamdasani deyib.

Onun sözlərinə görə, BMT-nin Myanma ilə bağlı son hesabatına əsasən, ölkə ordusu dissidentlərin öldürülməsi, əsassız həbslər, işgəncələr və oğurluqlar da daxil olmaqla zorakılıqdan istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə