Türkiyənin Ankara və İstanbul şəhərlərinin merləri Mansur Yavaş və Ekrem İmamoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlunu dəstəkləyən paylaşımlar edib. SİA xəbər verir ki, onlar öz "Twitter" hesablarında Kemal Kılıçdaroğlunu dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, Türkiyə müxalifətinin "Altılı masa" adlandırılan siyasi bloku vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və millətçi İYİ partiyası blokdan çıxdığını açıqlayıb.
Partiya sədri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB