Rusiyada 4,1 bal gücündə zəlzələ olub

Rusiyada 4,1 bal gücündə zəlzələ olub

Martın 3-də Rusiyanın Saxalin bölgəsində 4,1 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Zəlzələnin episentri Makarovski rayonunun Qornoyev kəndindən 11 kilometr cənub-şərqdə, ocağı isə 11 kilometr dərinlikdə yerləşib.

Səthdəki yeraltı təkanlar 3-4 bal gücündə qeydə alınıb və bölgə sakinləri hiss ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə