NATO Bryansk vilayətində gözlənilən təxribatdan xəbərsiz qala bilməzdi.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri martın 3-də Donetsk Xalq Respublikasının rəhbərinin səlahiyyətlərini icra edən müşaviri Yan Qaqin səsləndirib.
Yan Qaqin bildirib ki, Şimali Atlantika Alyansına daxil olan ölkələrin hakimiyyət orqanları Bryansk vilayətində təxribat hazırlığından xəbərdar olublar.
Qaqinə görə, NATO-dan olan ev sahibləri bu hərəkətdən, onun hazırlandığından, kimə qarşı yönəldildiyindən xəbərsiz ola bilməzdilər.
Qeyd edək ki, Donetskli “səlahiyyətli” də bəzi həmkarları kimi, Ukrayna təxribat və kəşfiyyat qrupunun Bryansk vilayətinə daxil olmasını klassik terror aktı adlandırıb.
Onun sözlərinə görə, oxşar taktikalardan təxribatçılar Afrikada, Yaxın Şərqdə silahlı münaqişələr zamanı, həmçinin çeçen müharibələri zamanı istifadə ediblər.
Eyni zamanda, Qaqin vurğulayıb ki, ukraynalı diversantların hərəkətləri bir çox cəhətdən “ABŞ-ın bütün dünyada təxribat törətdiyi” qondarma xalq ordusunun hərəkətlərinə bənzəyir.
Xatırladaq ki, Ukrayna təxribat və kəşfiyyat qrupunun Bryansk vilayətinin ərazisinə soxulması nəticəsində iki nəfər ölüb, on yaşlı məktəbli güllə yarası alıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB