Ukrayna bir rus hərbi əsirin saxlanmasına nə qədər xərcləyir?

Ukrayna bir rus hərbi əsirin saxlanmasına nə qədər xərcləyir?

Ukrayna bir rus hərbi əsirinin saxlanmasına ayda təxminən 10.000 qrivna xərcləyir.

SİA-nın əldə etdiyi məlumata görə, ədliyyə nazirinin müavini Yelena Vısotskaya bu barədə “Ukrinform”a müsahibəsində bir məhbusun saxlanmasının ayda 3000 qrivnaya başa gəlməsi ilə bağlı ötənilki məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, ötən il hərbi əsirlərin sayı daim dəyişdiyindən müəyyən məbləği hesablamaq çətin olub.

“...Geyim, tibbi xidmət, yemək, kommunal xərclər, həmçinin saxlanma yerinin təşkili, şəxsi heyət, mühafizə xərcləri var. Ona görə də 3000 qrivnadan danışanda yemək və kommunal xərcləri nəzərə aldıq. Bu, çox kobud hesablama idi və səhv idi, çünki məbləğdə personalın, mühafizənin, konvoyun və s. əmək haqqı nəzərə alınmırdı”-deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, düşərgənin vergilərlə, maaşlarla, kommunal xərclərlə təmin olunmasını nəzərə alsaq, bir məhbusun saxlanması ayda təxminən 10 min qrivnaya başa gəlir.

Yeri gəlmişkən, bu yaxınlarda Rusiyanın “Meduza” onlayn nəşri Ukraynanın qərbindəki rus hərbi əsirlərin saxlanıldığı düşərgələrdən birində olublar. Rusiyalı jurnalistlər burada məhbusların ictimai əhəmiyyətli işlərlə məşgul olub özləri üçün pul qazana bilməsinin, bundan əlavə onların öz asudə vaxtlarının olmasının şahidi olublar.

Verilən xəbərlərə görə, rusiyalı jurnalistlər bütün günü hərbi əsirlərlə eyni dam altında keçiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə