Belarus məhkəməsi 2022-ci il Nobel Sülh Mükafatının sahibi, hüquq müdafiəçisi Ales Bialiatskini 10 il müddətinə azadlıqdan məhrum edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Minsk məhkəməsi Belarus qeydiyyatı olmayan “Vesna” hüquq müdafiə təşkilatının direktorlarına qarşı iş üzrə qərar alıb.
A.Bialiatski və digər inzibatçıların “qaçaqmalçılıq” və “ictimai asayişi ciddi şəkildə pozan hərəkətləri hazırlamaq, təşkil etmək və bu cür hərəkətlərdə iştirak etmək” maddələri ilə ittiham olunduğu iş üzrə məhkəmə təqsirləndirilən şəxsləri 7-10 il müddətinə azadlıqdan məhrum edib. Buna əsasən, 2022-ci il Nobel Sülh Mükafatı laureatı Ales Bialiatski 10, Valentin Stefanoviç 9, Vladimir Labkoviç 7, iclasda iştirak etməyən Dmitri Solovyev isə 8 il müddətinə azadlıqdan məhrum olunublar.
Qərar dərc edildikdən sonra 10 gün ərzində şikayət verilə bilər.
2022-ci il üçün Nobel Sülh Mükafatını belaruslu hüquq müdafiəçisi Ales Bialiatski ilə Rusiya və Ukraynadan olan insan haqları təşkilatları “Memorial” və “Center for Civil Liberties” (Vətəndaş Azadlıqları Mərkəzi) qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB