“NATO ölkələri terrorizmin şəriki və sponsorudurlar?”

“NATO ölkələri terrorizmin şəriki və sponsorudurlar?”

Bryansk vilayətində qətllər NATO silahları ilə törədilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin martın 3-də XİN-in rəsmi portalında dərc olunmuş bəyanatında deyilir.
...Ukrayna hakimiyyəti dəfələrlə etiraf edib ki, onların bütün hərəkətləri həm Vaşinqtonun, həm də NATO-ya üzv olan digər ölkələrin razılığı və dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, bunu Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Rusiyalı diplomatlar Bryansk vilayətindəki terror aktında qətllərin NATO silahları ilə törədildiyini vurğulayıblar.

Nəticədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Şimali Atlantika Alyansı ölkələrinin terrorizmin şəriki və sponsoru kimi təsnifləşdirilməsi məsələsini qaldırıb.

“Bryansk vilayətində qətllər NATO silahları ilə törədilib. Bu baxımdan, bu dövlətlərin bu cür cinayətlərdə şərik və terrorun sponsoru kimi təsnifatı ilə bağlı təbii sual yaranır. Biz baş verənlərdən müvafiq nəticələr çıxardıq”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Bryansk vilayətində törədilən terror aktını pisləyib, Ukraynanın təxribat-kəşfiyyat qrupunun üzvlərinin əməllərinin cəzasız qalmayacağına söz verib.

Rusiya İstintaq Komitəsinin artıq araşdırmaya başladığı da vurğulanır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə