Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üfüqi memarlıqdan vaz keçməyəcəklərini bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İstanbulda Dolmabahçe sarayında Türkiyə Milli Risk Qalxanı Yığıncağında çıxış edən ölkə prezidenti R.T.Ərdoğan fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərin 11 rayonda böyük tələfat və dağıntılara səbəb olduğunu xatırladaraq deyib: “Həyatını itirən 45 mindən çox vətəndaşımızın və 115 min yaralımızın hər birinin ağrısı ürəyimizdədir. Faciənin yaralarını sarmaq üçün gecə-gündüz çalışırıq.
Şəhər və kənd evlərinə dəyən zərər qiymətləndirilməsi işləri tamamlandıqdan sonra yeni bina və evlərin tikintisinə başlayacağıq.
Yeni yaşayış məskənlərini planlaşdırarkən şəhərlərimizin istiqamətini mümkün qədər düzənlikdən dağlara və möhkəm yerlərə doğru dəyişirik. Biz qədim şəhərlərimizi tarixi və mədəni sərvətlərimizi yaşatmaq, eyni zamanda fəlakətlərə qarşı güclü olmaq anlayışı ilə dirçəldəcəyik. Biz üfüqi memarlıqdan vaz keçməyəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB