Yaponiya Geoməkan İnformasiya Agentliyi ölkədə əvvəlki məlumatlarda qeyd olunmayan 7000 adanın olduğunu bildirib. Onların hamısı Yaponiyanın dəniz sərhədləri daxilindədir. Bu adaların kəşfi geodeziya və kartoqrafiya texnologiyalarının inkişafı sayəsində baş verib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, əvvəllər bu adalar xəritələrdə yer almaq üçün çox kiçik və uzaq idilər.
Qeyd edək ki, sonuncu dəfə Yaponiyanın rəsmi kartoqrafiyası 1987-ci ildə tərtib edilib. Məlumatların toplanmasında əsas rolu Sahil Mühafizəsi qüvvələri oynayıb. Onu da qeyd edək ki, ştatın ərazisinə 6852 ada daxildir. Bununla belə, yeni hesablamada rəqəmsal texnologiya və peyk görüntülərindən istifadə edilib. Nəticədə siyahıya daha yeddi minə yaxın ada əlavə edilib və onların sayı 14125-ə çatıb.
Bu arada CNN-in məlumatına görə, hesablamaya su ilə əhatə olunmuş və diametri ən azı 100 metr olan bütün ərazilər daxil edilib.
Yəni süni adalar və bəndlər yeni məlumatlara daxil edilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB